Hər şey aviabiletlər barəsində

1. Vizanın verilməməsi biletə görə pulların qaytarılması üçün üzrlü səbəb ola bilər?

Hər zaman yox. Bəzi aviaşirkətlər bu səbəbi pulun qaytarılması üçün yetərli əsas hesab etmirlər. Bu səbəbdən biletin qaytarılması prosedurunun həyata keçirilməsi üçün səfirliyin blankında imtinanın orijinalını təqdim etmək lazımdır, pasportdakı qeyd yetərli əsas deyil.

2. Bileti ləğv etmək lazımdır, nə etməli?

- Bileti ləğv etmək onun alınmasından sonra yarım saat ərzində (qaytarma ilə qarışdırmayın) və sutkanın sonundan gec olmayaraq mümkündür. Biletlərin yazılması zamanı üçdən çox səhv buraxıldıqda və ya biletin ləğv edilməsinin tələb olunduğu digər vəziyyətlərdə müvafiq sorğunu sifariş səhifəsində rəsmiləşdirmək lazımdır. Bizim “biletin ləğvi” proseduruna görə 20 manat məbləğində rüsum təyin etmək hüququmuz var, bu halda ödəniş sistemlərinin və aviaşirkətlərin biletlər bronlaşdırılarkən və alınarkən ödənilmiş komissiyaları qaytarılmır. - Əgər “biletin ləğvi” düyməsi aktiv deyilsə və ya yoxdursa, deməli, konkret bilet üçün bu xidmət mümkün deyil, lakin aviaşirkətin tarifinin qaydaları üzrə onun qaytarılması/dəyişdirilməsi prosedurunu aktivləşdirmək mümkündür. - Nəzərə almaq vacibdir ki, uçuş tarixi onun yazıldığı tarixə nisbətən 48 saat az olan biletlər ləğv olunmur.

3. Mən sərnişinə dair məlumatları dəyişə bilərəmmi?

Şəxsi məlumatların dəyişdirilməsinə icazə verilmir. Bəzi aviaşirkətlərin qaydalarına əsasən yazılmış biletdə sərnişinin S.A.A. qeyd edilərkən cəmi üç səhvin buraxılmasına icazə verilir. Biletdəki istənilən dəyişiklik onun ləğvinə gətirib çıxara bilər, pul vəsaitlərinin qaytarılması seçilmiş tarifin qaydaları üzrə aparılır.

4. Marşrut qəbzi müştəriyə lazımdırmı?

Uçuş zamanı bu sənədin olması mütləq deyil. Ancaq biz onu çap edib özünüzlə götürməyi sizə tövsiyə edirik. İş orasındadır ki, bu qəbz yola düşdüyünüz ölkədə yoxlamadan keçərkən sizə lazım ola bilər. Marşrut qəbzi sizin geriyə bilet almağınızı təsdiqləyən sənəddir. Bundan əlavə, həmin sənəd bəzi aeroportlarda aviatəhlükəsizlik əməkdaşları tərəfindən tələb oluna bilər.

5. Mən bileti qaytarmışam, ancaq pullar karta daxil olmayıb. Səbəb nədir?

Ödənişlərin qaytarılması aviaşirkət tərəfindən təqdir olunarsa, şirkətimiz heç zaman onu ləngitmir. Ödəmənin ləngiməsinin mümkün səbəbləri aşağıdakılar ola bilər: - aviaşirkət pul vəsaitlərinin qaytarılmasını aparmayıb; - bəzi hallarda qaytarma şərtləri 60 gün ərzində dəyişə bilər; - bank hələ pul vəsaitlərini almayıb (informasiyanı bankın əməkdaşlarından əldə etmək olar).

6. Aviabileti qaytarmaq zərurəti yarandıqda pulları nə qədər tez qaytarmaq mümkündür?

Qaytarılma haqqında sorğu onun verildiyi anda və aviadaşıyıcının müsbət cavabı alındığı təqdirdə bizim tərəfimizdən emal olunacaqdır. Pul vəsaitləri bank kartının aid olduğu banka göndəriləcəkdir. Vəsaitlərin karta köçürülməsi sizin bankınıza əsasən müddətdə həyata keçiriləcəkdir.

7. Mən aviabileti qaytara/dəyişdirə bilərəm?

Bəli, bu mümkündür. Biletin qaytarılması/dəyişdirilməsi üzrə sorğunun göndərilməsi üçün siz sifarişi bronlaşdırdığınız başqa səhifəyə keçməlisiniz, “dəyişdirmək” düyməsini klikləməli və çıxan formada sorğunuzu tərtib edib bizə göndərməlisiniz. Bu əməliyyatı formanı doldurmadan, sadəcə olaraq informasiyanı (bronun kodunu, sifarişin nömrəsini və alıcı haqqında məlumatları) poçtla info@trips.az ünvanı üzrə (sərnişin sorğunu bileti bronlaşdırarkən göstərdiyi elektron ünvanından göndərməlidir) bizə göndərməklə aparmaq olar. Biz sizinlə əlaqə saxlayıb biletin qaytarılması/dəyişdirilməsi üzrə sorğunun təsdiqlənməsi prosedurundan keçmənizi xahiş edəcəyik. Yalnız bundan sonra sorğu emal ediləcəkdir. Bizimlə əlaqə saxlamaq mümkün olmadıqda və ya uçuşa sutkadan az müddət qaldıqda siz birbaşa aviaşirkətlə əlaqə saxlaya bilərsiniz. Biletlərin qaytarılması/dəyişdirilməsi (başqa reysə və ya başqa tarixə) sizin seçdiyiniz tarifin qaydaları üzrə həyata keçiriləcəkdir. Diqqət yetirin ki: - aviaşirkət biletlərin qaytarılması/dəyişdirilməsi proseduruna görə cərimə tələb edə bilər. - biletlərin alınması üçün ödənilmiş komissiya və rüsumlar vəsaitlərin qaytarılması zamanı nəzərə alınmır. Qaytarılma aşağıdakı qaydada həyata keçirilir: Siz rüsumu ödəyirsiniz, biz bronlaşdırılmış biletin qaytarılması prosedurunu aparırıq, aviaşirkət qaytarılmaya dair sorğu alır və 1-dən 60-dək təqvim günü ərzində bütün vəsaitləri geri qaytarır. Bu zaman qaytarılan vəsaitlər bronlaşdırmanın və sizin seçdiyiniz tarifin qaydalarına əsasən (valyutalar uyğun gəlmədikdə vəsaitlər sizin kartınıza qayıdır, onlar ölkənin Mərkəzi Bankının kursu üzrə konvertasiya olunur) hesablanır. Biletin qaytarılması aviaşirkətin təqsiri üzündən tələb olunduğu vəziyyətlərdə (hava ilə əlaqədar uçuş cədvəlinin dəyişdirilməsi və ya başqa səbəblər (3 saat və daha çox gecikdirilmə, reysin təxirə salınması) aviaşirkətin servis rüsumu tələb olunmur. Üzrlü səbəbdən biletin məcburən qaytarılmasının lazım olduğu hallarda (hospitalizasiya, sərnişinin özünün və ya yaxınının ölümü) müvafiq sənədləri təqdim etmək lazımdır. Belə vəziyyətdə sərnişinə (yaxud qohumlarına) pullar servis rüsumu və sistem komissiyası çıxılmaqla geri qaytarılacaqdır. Bilmək lazımdır ki, tarifin qaydalarına görə qaytarılmayan biletlər var. Aviabileti almamışdan əvvəl seçdiyiniz tarifin qaydaları ilə daha diqqətlə tanış olmağınızı tövsiyə edirik. Beynəlxalq qanunvericiliyə görə aviaşirkətlər qeydiyyatdan keçdikləri ölkənin qanunlarını tətbiq edirlər. Buna görə şərait tələb etdikdə xarici aviasiya şirkətinin (uçuş ölkəsindən asılı olmayaraq) biletlərini bronlaşdırmadan əvvəl biletin qaytarılması imkanının olmasını dəqiqləşdirmək lazımdır.

8. Alıcının kartından vəsaitlərin silinməsi necə baş verir?

- Biletlərin ödənilməsinə dair bütün tranzaksiyalar təchizatçının özü – aviaşirkət tərəfindən, onun konkret ölkədəki nümayəndəliyi vasitəsilə və ya baş ofisində aparılır. - Biletin nə cür ödənilməsindən asılı olmayaraq o, müştərinin kartından vəsaitlərin silindiyi andan etibarən alınmış olacaqdır. - “Vəsaiti qəbul edən” bölməsində trips.az saytı qeyd edilmiş olsa da, vəsaitlər aviaşirkətə çatdırılacaqdır.

9. Kartla ödəniş etmək alınmır,səbəb nədir?

Saytda kartla ödəniş zamanı 3D Secure texnologiyasından istifadə olunur, bu da sizin ödənişlərinizin təhlükəsizliyinin zəmanətidir. Siz bank kartınıza bağlanmış telefon nömrəsi üzrə sms-autentifikasiya prosedurunu keçə bilərsiniz. Əgər bu xidmət dəstəklənmirsə, onun aktivləşdirilməsi üçün emitent banka müraciət etməlisiniz. Bu xidmət “mobil bank” adlanır. Əgər sms-təsdiqləmə ilə heç bir çətinlik yaranmamışdır, lakin ödəniş etmək yenə də alınmırsa, bunun səbəbləri aşağıdakılar ola bilər: - brauzer tənzimləmələri; ödənişi başqa brauzer vasitəsilə həyata keçirməyə çalışın; - məlumatların düzgün daxil edilməməsi; formadakı bütün informasiyanı yoxlayın və yenidən cəhd edin; - əməliyyatların aparılmasına qoyulan sutkalıq məhdudiyyətlərin mövcudluğu və ya onlayn-ödəmələrə qadağaların qoyulması və MOTO-tranzaksiyalar; - informasiya üçün bank kartınızın əks tərəfində qeyd olunmuş telefon nömrəsi üzrə banka müraciət etmək lazımdır.

10. Əgər mənim sizin saytınız vasitəsilə bilet almağım artıq birinci dəfə deyilsə, mənim (pasport məlumatlarım, əlaqələrim) və bank kartım haqqında informasiya saytda saxlanılırmı?

Xeyr, alış-veriş rəsmiləşdirildikdən sonra bütün məlumatlar ləğv olunur, sifarişin rəsmiləşdirilməsi prosesi avtomatik rejimdə həyata keçirilir.

11. Öz qohumun, dostun və tanışın üçün aviabileti bronlaşdırmaq və ödəmək olarmı?

Bəli, mövcud şərtlərə əməl olunan zaman bu, mümkündür. Bunun üçün kontaktları qoymaq və biletlərin bronlaşdırıldığı sərnişinləri məlumatlandırmaq lazımdır.

12. Aviabiletlərin ödənişi üçün hansı bank kartları qəbul edilir?

- MasterCard; - Visa; - Visa Electron.

13. Kartla ödəniş necə aparılır?

- Alqışın rəsmiləşdirilməsi zamanı müvafiq sahədə biletin dəyəri və onun ödənilə biləcəyi valyuta göstərilir. Müştərinin bank kartından lazımi məbləğ bloklaşdırılır və bu məbləğ aviaşirkət tərəfindən bir neçə gün ərzində silinir. - Valyutaların uyğunsuzluğu zamanı avtomatik konvertasiya gedir. Kurs kart sahibinin ölkəsinin bankından asılı olur (ödəniş anı üçün komissiyalara və kurslara dair informasiyanı bank əməkdaşlarından almaq olar). - Müştəri aldığı bileti ödəməklə göstərilən məbləğin onun kartından silinməsinə razılığını təsdiqləmiş olur. - Gələcək sərnişinə məxsus olmayan kartla ödənişdən istifadə zamanı kart sahibinin yazılı razılığını almaq lazımdır.

14. Aviabileti necə ödəmək olar?

- Aviabileti iki metoddan biri ilə üzrə etmək olar: bizim ofisimizdən nağd ödənişlə və Trips.az. saytından bank kartı ilə. - Seçilən ödəniş qaydasından asılı olmayaraq vəsaitlər aviaşirkətin hesabına köçürülür və onun sərəncamında olur. Biletlərin satışı ilə məşğul olan sayt bütün vəsaitləri (nağd və ya nağdsız) hava yolu ilə daşınmanı həyata keçirən şirkətə göndərir. - Müştərilər üçün ödəmənin ən optimal variantı bizim saytımızda kartla ödənişdir. Əməliyyatın həyata keçirilməsi üçün şəxsi iştirak tələb olunmur, bu da gələcək sərnişinin vaxtına qənaət edir. - Kartla ödəməni xüsusi servis mərkəzləri vasitəsilə aparmaq olar, bizim saytımızda onlardan bir neçəsi mövcuddur: Azərbaycandakı istifadəçilər üçün AzeriCard, Millikart və Rusiyadakı istifadəçilər üçün - Uniteller. Sizin üçün rahat olan ödəmə servis mərkəzini özünüz seçə bilərsiniz. - İstifadəçinin bütün məlumatları qorunan səhifəyə daxil edilir, bundan sonra onlar mərkəzə göndərilir. İnformasiyanın ötürülməsi yüksək dərəcəli müdafiə texnologiyasından (SSL) istifadə etməklə aparılır. Başqalarının kartlarından istifadə etmək cəhdləri dərhal aşkarlanır, bu isə Fraud tranzaksiyalarının monitorinqinin gecə-gündüz işi nəticəsində mümkün olur.

Bizim Tərəfdaşlar

  • Azerbaijan Airlines
  • Emirates
  • Turkish Airlanes
  • Qatar
  • Etihad
  • Aeroflot